Premyer Liqada avqustun ən yaxşısı 31 yaşlı baş məşqçi oldu
İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, avqustun ən yaxşısı adına “Brayton”u çalışdıran Fabian Hürzeler layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
31 yaşlı mütəxəssisin rəhbərlik etdiyi komanda avqust ayında Premyer Liqada keçirdiyi 3 oyunda 7 xal toplayıb.
Hürzeler mövsümün əvvəlində “Brayton”un baş məşqçisi təyin olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin