Premyer Liqada aprel ayının ən yaxşı futbolçusu bilindi
“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland Premyer Liqada aprel ayının ən yaxşı oyunçusu seçilib.
Komanda.az xəbər verir ki, bu barədə liqanın rəsmi “tvitter” hesabı məlumat yayıb.
Haland aprel ayında dörd liqa matçında meydanda olub. O, bu oyunların hər birində qol vurub. Norveçli futbolçu “Arsenal”la matçda da iki məhsuldar ötürmə edib.
“Mançester Siti” cari mövsümdə Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. Xosep Qvardiolanın komandası 34 oyundan sonra 82 xala malikdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin