Premyer Liqada aprel ayının ən yaxşı futbolçusu bəlli oldu
İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.
Komanda.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, “Çelsi”nin yarımmüdafəçisi Koul Palmer aprelin ən yaxşı futbolçusu seçilib.
22 yaşlı oyunçu ötən ay 7 qol və 1 assistə imza atmaqla özündən söz etdirib.
Ayın ən yaxşı futbolçusu mükafatı uğrunda Brunu Fernandeş (“Mançester Yunayted”), Kay Haverts (“Arsenal”), Jan-Filipp Mateta (“Kristal Pelas”) və Cordan Pikford (“Everton”) mübarizə aparıb.
Koul Palmer Premyer Liqada cari mövsüm 31 matçda iştirak edib, 21 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin