Premyer Liqada 12-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Qəbələ” – “Qarabağ” matçına Rauf Cabarov, “Keşlə” – “Səbail” görüşünə Rəvan Həmzəzadə, “Zirə” – “Sumqayıt” oyununa isə Rəşad Əhmədov baş hakim təyin olunub.

Turun qapanış matçı olacaq “Sabah” – “Neftçi” qarşılaşmasını isə FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Azərbaycan Premyer Liqası
12-ci tur

20 dekabr

Qəbələ – Qarabağ
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Qəbələ şəhər stadionu, 15:00.

Keşlə – Səbail
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəhim Həsənov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. “ASK Arena”, 16:00.

Zirə – Sumqayıt
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

Sabah – Neftçi
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Elşad Abdullayev, Elçin Məsiyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Masazır. “Bank Respublika Arena”, 17:15.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button