Premyer Liqada ən çox maaş alanlar açıqlandı

Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə çempionatında ən çox maaş alan futbolçuların siyahısında 2-ci yerdədir. Onun maaşı 1,9 milyon avrodur.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

Birinci yerdə norveçli forvardın komanda yoldaşı, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne (ayda 2,02 milyon avro) qərarlaşıb.

3-cü və 4-cü yerləri “Liverpul”un hücumçusu Məhəmməd Salahla “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro (1,77 milyon avro) bölüşür.

5-ci yerdə “Mançester Yunayted”in müdafiəçisi Rafael Varan (1,72 milyon avro) qərarlaşıb.

Haland bu mövsüm Premyer Liqada 34 oyun keçirib, 29 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button