Premyer Liqada oyunlar 1 dəqiqəlik sükutla başlayacaq

İngiltərə Premyer Liqasının 1-ci tur matçları faciəli şəkildə vəfat edən Dioqo Jota və onun qardaşı Andre Silvanın xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq.

Komanda.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Futbolçular meydana qara sarğılarla çıxacaqlar. “Liverpul”un mərhum hücumçusu Jota və Portuqaliyanın ikinci liqasında çıxış edən “Penafiel”in oyunçusu olan qardaşı Andre Silva bu il iyulun 3-də İspaniyada baş verən yol-nəqliyyat qəzasında vəfat ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button