Premyer Liqa və Divizion klubları üçün seminar keçirildi

AFFA-nın təşkilatçılığı, “UEFA Grow” və Futbolun İnkişaf Fondunun dəstəyilə 17-18 oktyabr tarixlərində “Fairmont” hoteldə klub dəstək proqramı çərçivəsində kommersiya və korporativ sosial media məsuliyyəti mövzusunda seminar keçirilib.

Komanda.az xəbər verir ki, seminarda Misli Premyer Liqasında mübarizə aparan klubların, həmçinin Birinci Divizionda çıxış edən “Araz Naxçıvan”, “İmişli” və “Zaqatala” klublarının, PFL-in nümayəndələri, eləcə də “UEFA Grow” biznesin inkişafı üzrə meneceri Aleksandr Kuçeravyi, Moldovanın “Şerif” klubunun nümayəndəsi Stanislav Çiorpets, SPORTMATTERS agentliyinin nümayəndələri Tomas Liston və Duqlas Takrey və AFFA-nın əməkdaşları iştirak edib.

Seminar iştirakçılarına futbol klubunun kommersiya strategiyasının hazırlanması, idarə edilməsi və korporativ sosial məsuliyyət istiqamətində müxtəlif imkanlar haqqında seminar keçirilib. Seminarın sonunda hər iki mövzu üzrə klublar arasında qrant müsabiqəsi elan edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button