Premyer Liqa tarixində belə şey olmamışdı

İngiltərədə yay transfer pəncərəsi bağlanıb.

Komanda.az xəbər verir ki, transfer dövründə yeni rekord qeydə alınıb. Premyer Liqa klubları yeni oyunçulara ümumilikdə 2,2 milyard avro xərcləyib. Bu da tarixin ən yüksək göstəricisidir.

Əvvəlki rekord 2017-ci ildə qeydə alınıb. Həmin vaxt Premyer Liqa təmsilçiləri 1,6 milyard avro xərcləyib.

20 klubdan 9-nun xərcləri 100 milyon avronu keçib. Transferlərin ümumi qiyməti ötən ilkindən 67 faiz çox olub.

İngiltərədə transfer pəncərəsi iyunun 10-dan sentyabrın 1-dək açıq olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button