Premyer Liqa oyunları sükuta qərq olacaq

İngiltərə Premyer Liqasının üç gün ərzində keçiriləcək bütün oyunlarında braziliyalı mərhum futbolçu Pele yad olunacaq.

Komanda.az xəbər verir ki, bu barədə qərarı İngiltərə Premyer Liqasının rəhbərliyi verib.

Dekabrın 30-31-də və yanvarın 1-də keçiriləcək oyunlar bir dəqiqəlik sükutla başlayacaq. Bundan başqa, oyunların bütün iştirakçıları qollarında qara sarğı ilə meydana çıxacaqlar.

Pele 82 yaşında vəfat edib.

1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci il) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə 20-ci əsrin ən yaxşı futbolçusu elan edilib.

Mərhum hücumçu Braziliyanın “Santos” (1956-1974-cü illər) və Amerikanın “Nyu-York Kosmos” (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində vurduğu 1279 qolla “Ginnessin Rekordlar kitabı”na düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button