Premyer Liqa: Noyabrın ən yaxşı qolu açıqlanıb

“Mançester Yunayted”in vingeri Alexandro Qarnaçonun “Everton”a (3:0) vurduğu qol noyabrda Premyer Liqanın ən yaxşı qolu seçilib.

Komanda.az Premyer Liqanın rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu matçın 3-cü dəqiqəsində akrobatik zərbə ilə fərqlənib.

Bundan əvvəl “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq noyabr ayının ən yaxşı məşqçisi, komandanın müdafiəçisi Harri Maquayr isə ən yaxşı oyunçu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button