Musa Qurbanlı yubiley oyununa çıxıb

“Qarabağ” Azərbaycan Premyer Liqasının 24-cü turunda “Neftçi”ni qəbul edib (1:1).

Komanda.az xəbər verir ki, bu matç Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı üçün əlamətdar olub. O, Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib.

21 yaşlı forvard 50 oyunda 26 qol vurub. Onun orta məhsuldarlığı 0,52-yə bərabərdir. Azərbycan millisinin üzvü ölkə çempionatında iki komandanın şərəfini qoruyub.

“Qarabağ”da 41 görüşdə 25 dəfə fərqlənən hücumçu “Zirə”dəki 9 qarşılaşmada 1 dəfə qol sevinci yaşayıb.

Musa Qurbanlının Premyer Liqada debütü 2020-ci il sentyabrın 25-də reallaşıb. O, “Qarabağ” forması ilə “Sumqayıt”la səfər oyununda (2:2) şans qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button