Premyer Liqa matçında meydanda ilan aşkarlandı – VİDEO

Futbol üzrə Rusiya Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilən “Axmat” – “Soçi” matçında maraqlı hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, oyunun əvvəlində meydanda ilan aşkarlanıb.

İlanı stadion əməkdaşları meydandan çıxarıblar. Həmin vaxt oyunda 3 dəqiqəlik fasilə yaranıb.

Qroznıdakı “Axmat Arena”da keçirilən görüş “Soçi”nin 2:1 hesablı səfər qələbəsiylə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button