Premyer Liqa matçı təxirə salındı – Kütləvi yoluxmaya görə

Futbol üzrə Ukrayna Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilməsi planlaşdırılan “Olimpik” – “Zarya” matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Ukrayna Premyer Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə buna “Olimpik” klubunda koronavirusa kütləvi yoluxma halının aşkarlanması səbəb göstərilib. Hətta meydan sahiblərinin heyətində bu oyunda iştirak edə biləcək sağlam qapıçı qalmayıb. Donetsk təmsilçisində U-19 və U-21 komandalarının görüşləri də gerçəkləşməyəcək.

Qeyd edək ki, “Olimpik” – “Zarya” matçı noyabrın 21-də keçirilməli idi. Qarşılaşmanın yeni tarixi ilə bağlı qərar daha sonra açıqlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button