Premyer Liqa matçı qara görə təxirə salındı
Futbol üzrə İngiltərə Premyer Liqasının 13-cü turunun “Bernli” – “Tottenhem” oyunu təxirə salınıb.
Komanda.az xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın güclü qar yağışına görə təxirə salındığı diqqətə çatdırılıb. Oyunun nə vaxt keçirilməsinə yaxın günlərdə aydınlıq gətiriləcəyi bildirilib.
Bu gün keçirilməli olan oyuna Bakı vaxtı ilə saat 18:00-da start verilməli idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin