“Premyer Liqa? Mən bunu istərdim” -Luis Enrike
PSJ-nin baş məşqçisi Luis Enrike bir gün İngiltərə Premyer Liqasında çalışmaq istədiyini bildirib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bütün diqqətini hazırda PSJ-yə verdiyini söyləyib:
“Premyer Liqa? Mən bunu istərdim. PSJ-yə keçməzdən əvvəl iki klubla danışıqlar aparmışdım. Amma indi bütün diqqətimi PSJ-yə vermişəm. Mən fransız dilini öyrənirəm və bu mənim motivasiyalarımdan biridir. Onların dilini öyrənmək onların mədəniyyətinə qərq olmaq deməkdir”.
İspaniyalı mütəxəssis 2023-cü ilin iyul ayının əvvəlindən PSJ-yə rəhbərlik edir.
PSJ bu mövsüm Liqa 1-də 26 turdan sonra 59 xalla turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin