Premyer Liqa klubunun Lukaku planı
“İnter”in hücumçusu Romelu Lukaku karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “Aston Villa” Lukakunun xidmətində maraqlıdır.
Belçikalı forvard müqavilə ilə “Çelsi”yə məxsusdur və o, 2022/23 mövsümünün sonuna kimi icarə əsasında “İnter”də çıxış edəcək.
Hücumçunun xidmətində “Real”ın da maraqlı olduğu bildirilir.
“Aston Villa” rəhbərliyi Lukakunu komandanın lideri kimi görür və onun ətrafında yeni layihə qurmağı planlaşdırır.
29 yaşlı belçikalı hücumçu bu mövsüm “İnter”in heyətində 38 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin