Premyer Liqa klubunun hədəfi: İsveçrəli futbolçu

Qarşıdakı mövsümdə İngiltərə Premyer Liqasında çıxış edəcək “Sanderlend” heyətini gücləndirmək üzərində işləyir.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Sanderlend”in transfer bazarındakı hədəfi Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Qranit Cakadır. Amma Səudiyyə Ərəbistanından bəzi klublar da 32 yaşlı futbolçunu heyətində görmək istəyir.

Caka əvvəllər Premyer Liqada – 2016-2023-cü illərdə “Arsenal”da çıxış edib.

“Transfermarkt” portalı isveçrəli futbolçunu 12 milyon avro qiymətləndirir. Onun Leverkuzen klubu ilə müqaviləsinin müddəti daha üç mövsümlükdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button