Premyer Liqa klubunun futbolçusu virusa yoluxub
“Bornmut”un yarımmüdafiəçisi Həmed Traore malyariyaya yoluxub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Andoni İraola da komandasının 23 yaşlı futbolçusunun hazırda xəstəxanada olduğunu təsdiqləyib:
“Son bir neçə həftə onun üçün çətin keçdi. Traore bir müddət yaşıl meydanlardan kənarda qalacaq”.
Fil Dişi Sahilindən olan oyunçu bu yay “Sassuolo”dan 26 milyon avroya “Bornmut”a keçib. 2023/24 mövsümündə Traore 6 oyuna çıxıb və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin