Premyer Liqa klubunun futbolçusu üçün mövsüm erkən bitdi

İngiltərənin “Lester” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin aparıcı futbolçusu Mark Olbrayton uzun müddətə sıradan çıxıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 29 yaşlı yarımmüdafiəçinin zədəsi çox ciddidi və onun üçün bu mövsüm artıq başa çatıb. İngiltərəli futbolçu ən yaxşı halda yayda sıraya dönə biləcək.

Olbrayton bu mövsüm “Lester”in heyətində 22 Premyer Liqa matçına çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button