Premyer Liqa klubunun 10 xalı silindi
“Everton”un Premyer Liqada 10 xalı silinib.
Komanda.az xəbər verir ki, buna səbəb Liverpul təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozmasıdır.
Müstəqil komissiya araşdırma zamanı komandanın 2021/2022 mövsümünün sonunda itkilərinin 124,5 milyon funt sterlinq təşkil etdiyini aşkarlayıb. Premyer Liqanın şərtlərinə görə, itki 105 milyonu keçməməlidir. Klub qərarla bağlı apellyasiya şikayəti verəcək.
Hesabından 10 xal silindikdən sonra “Everton” İngiltərə çempionatında 19-cu pilləyə düşüb. Komanda autsayder “Bernli” ilə eyni xala malikdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin