Premyer Liqa klubunu maliyyələşdirib – İngiltərəyə giriş qadağası olan Usmanov
Rusiyalı iş adamı, milyarder Alişir Usmanov Böyük Britaniyaya giriş qadağasına baxmayaraq, “Everton” klubunu maliyyələşdirib.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, qadağanın mövcudluğu “Everton”un idarə heyətinə məlum olub, lakin ictimaiyyətə məlum olmayıb.
Milyarder Sərvər İsmayılovun 26 yaşlı bacısı oğlu “Everton”un direktorlar şurasında idi və Alişir Usmanovun şirkətləri arasında aktiv müqavilələr olub. Bu müqavilələrə əsasən, Mersisayd klubu bir sıra sponsorluq anlaşmaları vasitəsilə on milyonlarla vəsait əldə edib.
Bunlara 2017-ci ilin yanvarında imzalanmış, klubun məşq bazası üçün ad hüququ müqavilələri daxildir. “Everton”un 2020-ci ilin yanvarında elan edilmiş yeni stadionu üçün başqa bir müqavilə də var. Bundan başqa, “Everton”un qadınlardan ibarət komandasına da sponsorluq edilib.
“Everton” Premyer Liqanın 34-cü turundan sonra 29 xal toplayaraq, turnir cədvəlində19-cu pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin