Premyer Liqa klubundan yeni transfer
“Bristol Siti”nin hücumçusu Antuan Semenyo “Bornmut”a keçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu qanalı oyunçu ilə 2027-ci ilin iyununa kimi müqavilə imzalayıb. Sözləşmənin daha bir il də uzadılması nəzərdə tutulur.
23 yaşlı futbolçunun transfer məbləği açıqlanmayıb.
Antuan Semenyo bu mövsüm “Bristol Siti”nin heyətində bütün turnirlər daxil olmaqla 26 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin