Premyer Liqa klubundan rekord transfer
İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ötən mövsümün ikinci yarısında “Monako”dan icarəyə götürdüyü belçikalı yarımmüdafiəçi Yuri Tilemansı birdəfəlik transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
İngiltərə mətbuatının yazdığına görə, “Lester Siti” bu transferə görə Fransa klubuna 40 milyon funt-sterlinq təzminat ödəyəcək. Bu da Premyer Liqa təmsilçisinin tarixində ən bahalı transferi deməkdi.
Belçika yığmasının da şərəfini qoruyan Tilemans geridə qalan mövsümdə “Lester Siti”də 13 Premyer Liqa matçına çıxıb, 3 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin