
Premyer Liqa klubundan növbəti transfer
İngiltərənin “Brayton” klubu yeni futbolçu transfer etdiyini açıqlayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-mavilər” Şotlandiyanın “Seltik” kollektivindən Mett O Raylini sıralarına qatıb.
23 yaşlı müdafiəçi yeni komandası ilə 5 illik müqavilə imzalayıb.
Danimarka millisinin üzvü “Seltik”in heyətində 124 matçda 27 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin