Premyer Liqa klubundan MLS-ə 2,5 milyonluq transfer

Cənubi Koreya millisinin hücumçusu San Bin Çon İngiltərənin “Vulverhempton” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, gənc futbolçu ABŞ-ın “Minnesota Yunayted” klubuna transfer olunub. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı oyunçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Minnesota təmsilçisi bu keçidə görə Premyer Liqa klubuna 2,5 milyon avro ödəyib.

Çon “Vulverhempton”a 2022-ci ilin yanvarında Cənubi Koreyanın “Suvon” klubundan 1,2 milyon avroya transfer olunmuşdu. O, İngiltərə klubunda heyətə düşə bilmədiyi üçün İsveçrə “Qrasshopper”inə icarəyə verilmişdi. Gənc hücumçu Cənubi Koreya yığmasında 1 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button