Premyer Liqa klubundan maraqlı addım: futbolçulara marketə getmək qadağası qoyuldu
İngiltərənin “Vulverhempton” klubu futbolçuların marketlərə getməsini qadağan edib.
Komanda.az xəbər verir ki, bu barədə baş məşqçi Nuno Santos məlumat verib. O, koronavirusla mübarizədə bu addımı atdıqlarını bildirib:
“Mümkün olan bütün risklərdən qaçmalıyıq. Heyətimiz məhduddur. Futbolçuların yerinə marketlərə gedib, alış-veriş edə biləcək işçilərimiz var. Futbolçuları itirməyi gözə ala bilmərik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin