Premyer Liqa klubundan kapitanla yeni müqavilə

“Brayton” yarımmüdafiəçisi Luis Dankla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tərəflər 3 illik yeni sözləşməyə imza atıblar.

Komandanın kapitanı olan Luis Dank “Brayton”un öz yetirməsidir. 31 yaşlı futbolçu bu komandada indiyə qədər 416 oyunda 27 qol vurub. Qısa müddət “Bristol Siti”də icarədə də olmuş futbolçu, İngiltərə yığmasında 1 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button