Premyer Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

2024/2025 mövsümündən etibarən İngiltərə Premyer Liqasında çıxış edəcək “İpsviç Taun” kollektivi baş məşqçisi Kiran Makkenna ilə müqavilə müddətini uzadıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis daha 4 il “traktorçular”ı çalışdıracaq.

“İpsviç Taun” cari mövsümdə Makkenanın rəhbərliyi altında Çempionşipi 96 xalla ikinci sırada başa vuraraq 22 il sonra Premyer Liqada iştirak hüququ qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button