Premyer Liqa klubundan ayrılmağa qərar verdi

İngiltərənin “Lester Siti” klubunun yarımmüdafiəçisi Demarey Qrey Premyer Liqa təmsilçisindən ayrılmağa qərar verib.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən komandanın baş məşqçisi Brendan Rocers Britaniya mətbuatına açıqlamasında söyləyib.

Onun sözlərinə görə, 24 yaşlı futbolçu “Lester Siti”də sonuncu mövsümünü keçirir. Belə ki, 2021-ci ilin yayında klubla müqaviləsinin müddəti başa çatacaq ingilis futbolçu azad agentə çevriləcək. Qreyin karyerasını hansı klubda davam etdirmək istədiyi isə hələlik bəlli deyil.

Qeyd edək ki, Demarey Qrey 2016-cı ildən “Lester Siti”də forma geyinir. O, daha öncə yetirməsi olduğu “Birmingem Siti”nin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button