Premyer Liqa klubundan 76 yaşlı baş məşqçi ilə yeni müqavilə

İngiltərənin “Kristal Pelas” klubu baş məşqçisi Roy Hocsonla müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

76 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin iyununa qədərdir.

Xatırladaq ki, Hocson bu ilin mart ayında “Kristal Pelas”a baş məşqçi təyin edilib. İngiltərə millisinin sabiq baş məşqçisi 2017-ci ilin sentyabrından 2021-ci ilin mayına qədər də “Kristal Pelas”ı çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button