Premyer Liqa klubundan 40 yaşlı qapıçı ilə yeni müqavilə
İngiltərənin “Sauthempton” klubu iki futbolçusu ilə müqavilə yeniləyib.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Klubdan verilən məlumata görə, qapıçı Villi Kabalyero və yarımmüdafiəçi Natan Tella ilə yeni müqavilə imzalanıb. Kabalyero ilə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub. Tella ilə yeni müqavilənin müddəti isə 2025-ci ilin yayına qədərdir.
Villi Kabalyero 2021-ci ilin dekabrından “Sauthempton”da çıxış edir. O, həmin vaxt klubla bir aylıq müqavilə imzalamışdı. Bu müddət ərzində argentinalı futbolçu Premyer Liqada cəmi 2 oyuna çıxıb. 40 yaşlı qolkiper karyerası ərzində “Boka Xuniors”, “Elçe”, “Arsenal Sarandi”, “Malaqa”, “Mançester Siti” və “Çelsi” klublarının formasını geyinib.
“Arsenal”ın yetirməsi olan Natan Tela isə 2017-ci ildən “Sauthempton”dadır. 22 yaşlı yarımmüdafiəçi bu mövsüm sözügedən komandanın heyətində 8 Premyer Liqa matçına çıxıb.
Bizi Facebook-da izləyin