Premyer Liqa klubundan 21 milyon avroluq transfer
İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Hall Siti”dən Carrod Bouenlə Praqa “Slaviya”sından Tomaş Souçeki transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yarımmüdafiəçi olan Bouenlə 5,5 illik müqavilə imzalanıb. “Vest Hem” bu transfer üçün 21,3 milyon avrosundan keçib. 23 yaşlı ingilis vinger 2014-cü ildən oynadığı “Hall Siti”dən öncə “Hereford Yunayted”in uğurları üçün çalışıb.
Çexiya yığmasının üzvü olan Souçek də yarımmüdafiəçidir. 24 yaşlı futbolçu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. Londonlular onun transfer hüquqlarını yayda alacaq.
Ölkəsinin millisində 20 oyun keçirib, 3 qol vuran Souçek, bir ara “Viktoriya” (Jijkov) və “Slovan” (Liberets) klublarında da icarədə oynayıb.
Bizi Facebook-da izləyin