Premyer Liqa klubundan 18 milyonluq transfer
İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın “Sampdoriya” klubunun yarımmüdafiəçisi Dennis Pratı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı belçikalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
İngiltərə mətbuatının yazdığına görə, “Lester Siti” bu transferə görə 18 milyon funt-sterlinqindən keçib.
Prat peşəkar karyerasına yetirməsi olduğu “Anderlext”də başlayıb. O, 2016-cı ildə doğma klubunu “Sampdoriya”ya dəyişmişdi. Hücumameylli yarımmüdafiəçi geridə qalan mövsümdə İtaliya klubunda 37 oyuna çıxıb, 2 qol, 3 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin