Premyer Liqa klubundan 17 milyonluq transfer
“Lester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa klubu Avstraliya yığmasının və “Stok Siti”nin mərkəz müdafiəçisi Harri Suttarı transfer edib.
24 yaşlı futbolçu ilə 2028-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. “Lester Siti” bu transfer üçün “Stok Siti”yə 17 milyon avro ödəyib.
Suttar peşəkar karyerasına “Dandi Yunayted”də başlayıb. O, 2016-cı ildən oynadığı “Stok Siti”də 70 oyuna 2 qol vurub. Futbolçu bu müddətdə “Ross Kaunti” və “Flitvud Taun”da icarədə də oynayıb. O, Avstraliya yığmasında 14 oyuna 6 qol vurub.
“Lester Siti” yarımmüdafiəçisi Mark Olbraytonla hücumçusu Ayose Peresi də icarəyə verib. Olbrayton “Vest Bromviç”, Peres isə “Betis”ə keçib. Hər iki futbolçu mövsümün sonunadək icarədə olacaq.
Bizi Facebook-da izləyin