Premyer Liqa klubundan 17 milyon avroluq transfer

İngiltərənin “Lids” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, “Lids” Fransanın “Renn” komandasının yarımmüdafiəçisi Rafinyanı transfer edib.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı braziliyalı vingerlə 4 illik müqavilə imzalanıb. “Lids”in bu transferə görə fransızlara 17 milyon avro ödədiyi bildirilir.

Rafinya bir il əvvəl Lissabon “Sportinq”indən “Renn”ə transfer olunmuşdu. Fransa klubunun 23 milyon avroya transfer etdiyi futbolçu bu komandanın heyətində meydana çıxdığı 36 oyunda 8 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button