Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Fulhem” klubu müdafiəçisi Tim Rimlə yeni müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

ABŞ yığmasının üzvü yeni müqaviləyə əsasə 2024-cü ilin yayına qədər “Fulhem”in uğurları üçün çalışmağa davam edəcək.

35 yaşlı futbolçu 2015-ci ilin avqust ayından “Fulhem”də çıxış edir. O, bu komandanın heyətində 272 matça çıxıb. Təcrübəli futbolçu ABŞ yığma komandasında meydana çıxdığı 50 oyunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button