Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Aston Villa” klubu yarımmüdafiəçisi Cek Qrilişlə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Komandanın kapitanı olan 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qriliş “Aston Villa”nın öz yetirməsidir. İngilis futbolçu 8 yaşında cəlb olunduğu bu klubun əsas komandasında 2013/14 mövsümündə debüt edib. O, yalnız bir il “Notts Kaunti” klubunda icarədə olub və karyerasının qalan hissəsi doğma komandasına aiddir. Ötən mövsüm 41 oyuna çıxan və 10 qol vuran yarımmüdafiəçi, bir neçə gün öncə UEFA Millətlər Liqası çərçivəsində Danimarka ilə oyunda İngiltərə yığmasında da debüt matçını keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button