Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Bernli” klubu yarımmüdafiəçisi Eşli Vestvudla müqavilənin müddətini uzatmağa qərar verib.

Komanda.az xəbər verir ki, 30 yaşlı ingilis futbolçu ilə 3 illik yeni müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Vestvud 2017-ci ilin yanvarından “Bernli”nin uğurları üçün çalışır. O, daha öncə “Aston Villa”, “Nantuiç Taun” və “Kru Aleksandra” klublarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button