Premyer Liqa klubunda yeni müqavilə
İngiltərənin “Şeffild Yunayted” klubu müdafiəçisi Con Eqanla müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Eqanın əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi.
Qeyd edək ki, İrlandiya yığmasının üzvü 2018-ci ildən “Şeffild Yunayted”in uğurları üçün çalışır. O, geridə qalan mövsümdə Premyer Liqa çərçivəsində 36 oyuna çıxıb, 2 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin