Premyer Liqa klubunda yeni müqavilə
İngiltərənin “Vest Hem” klubu futbolçusu Konor Koventri ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
19 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, İngiltərədə anadan olan futbolçu “Vest Hem”in öz yetirməsidi. Amma o, İrlandiyanın gənclərdən ibarət yığmasının formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin