Premyer Liqa klubunda yeni hücumçu
İngiltərənin “Bornmut” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Burkina Faso millisinin və Fransanın “Loryan” klubunun hücumçusu Danqo Uattaranı transfer edib.
20 yaşlı forvardın transfer üçün Liqa 1 klubuna 27.5 milyon avro ödənilib. Gənc futbolçu ilə 2028-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb.
Uattara peşəkar karyerasına ölkəsinin “Majestik” klubunda başlayıb. O, 2020-ci ilin iyul ayından “Loryan”da forma geyinirdi.
“Bornmut” öz müdafiəçisi Ceyms Hill ilə yarımmüdafiəçi Emiliano Markondesi də icarəyə verib. Hill Şotlandiyanın “Hart”, Markondes isə Danimarkanın “Nordsyeland” klubuna icarəyə göndərilib. Onların hər ikisi bu mövsümün sonuna kimi icarədə çıxış edəcək.
Danqo Uattaranı “Bornmut”a satan “Loryan” da iki futbolçusunu icarəyə verib. Sol cinah müdafiəçisi Samuel Lorik “Keviyi Ruan”, hücumçu Sambu Sumano isə “Rodez”ə icarəyə göndərilib. Onlar da 2023-cü ilin 30 iyununa kimi icarədə çıxış edəcəklər.
Bizi Facebook-da izləyin