Premyer Liqa klubunda yeni baş məşqçi

Kit Endryus İngiltərə Premyer Liqası təmsilçisi “Brentford”un baş məşqçi vəzifəsinə təyin olunub.

Komanda.az xəbər verir ki, 44 yaşlı mütəxəssis iyunun 12-də “Tottenhem”lə 3 illik müqavilə imzalayan sabiq baş məşqçi Tomas Frankı əvəzləyib.

Endryus 2024-cü ilin yayından “Brentford”da standart vəziyyətlər üzrə məşqçi funksiyasını yerinə yetirir. O, daha əvvəl “Şeffild Yunayted”, “Milton-Kins Dons” klublarında və İrlandiya millisində məşqçi kimi çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button