Premyer Liqa klubunda şok itki: Mövsümü erkən başa vurdu
İngiltərənin “Lester Siti” klubunun futbolçusu Rikardo Pereyra uzun müddətə sıradan çıxıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
O, martın 9-da “Aston Villa”ya qarşı keçirdikləri oyunda ağır zədə alıb. Ətraflı müayinələrdən sonra portuqaliyalı müdafiəçinin dizindəki zədə ilə əlaqədar təxminən 6 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.
26 yaşlı futbolçu bu mövsüm 33 oyuna çıxıb, 4 qola imza atıb.
Qeyd edək ki, “Lester Siti”də bu gün həm də 3 futbolçuda koronavirus pandemiyası aşkarlanıb. Bu üzdən də bütün komanda üzvləri karantinə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin