Premyer Liqa klubunda şok itki – Mövsümü erkən başa vurdu

İngiltərənin “Uotford” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ispaniyalı futbolçusu Jerar Deulofeunun xidmətindən məhrum olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sol cinah oyunçusunun “Liverpul”a 3:0 hesabıyla qalib gəldikləri oyunda sağ dizindən ciddi zədə aldığı və yaxın günlərdə əməliyyat olunacağı bildirilib. Bu isə 25 yaşlı futbolçunun mövsümün qalan hissəsində meydana çıxa bilməyəcəyi anlamına gəlir. Çünki ispaniyalının bərpası üçün azı 6 ay vaxt lazım gələcək.

Deulofeu bu mövsüm “Uotford”un heyətində 30 oyuna çıxıb, 4 qol, 5 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button