
Premyer Liqa klubunda seneqallı hücumçu
İngiltərə Premyer Liqa təmsilçisi “Everton” seneqallı hücumçu İliman Ndiayeni transfer edib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı oyunçu yeni komandası ilə 5 illik müqavilə bağlayıb.
Onun transferi 18 milyon avroya başa gəlib.
Ndiaye son olaraq Marsel “Olimpik”inin şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin