Premyer Liqa klubunda iki ayrılıq

İngiltərənin “Brentford” klubu iki futbolçu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi müdafiəçiləri Tarik Fosu və Mads Bek Sorenseni icarəyə göndərib.

Fosu “Roterem”ə, Sorensen isə “Qroningen”ə icarəyə verilib. Hər iki futbolçunun bu mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb.

Tarik Fosu 2020-ci ilin yanvarından “Brentford”un uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 63 oyunda 5 qol vurub. O, Qana yığmasında 4 matça çıxıb, 1 qol vurub.

Mads Bek Sorensen isə 2020-ci ilin mayından “Brentford”da çıxış edir. Danimarkadan olan 24 yaşlı müdafiəçi bu komandada meydana çıxdığı 72 oyunda 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button