Premyer Liqa klubunda ciddi itki – DÇ-2022-ni də buraxacaq

İngiltərənin “Vulverhempton” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Pedro Neto sıradan çıxıb.

O, Premyer Liqanın 9-cu turu çərçivəsində baş tutan “Vest Hem”lə səfər matçında (0:2) zədə almışdı. Müayinələrdən sonra 22 yaşlı forvardın zədəsinin ciddi olduğu müəyyənləşib. Portuqaliyalı futbolçunun topuğundan aldığı zədə səbəbindən əməliyyat olunacağı bildirilib.

Portuqaliya yığmasının da üzvü olan oyunçunun bərpa müddəti açıqlanmayıb. Amma onun DÇ-2022-də iştirak etməyəcəyi dəqiqdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button