Premyer Liqa klubunda ciddi itki
İngiltərənin “Lester Siti” komandası ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Ceymi Vardi uzun müddətə sıradan çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu Premyer Liqanın 20-ci turu çərçivəsində “Liverpul”a 1:0 hesabıyla qalib gəldikləri bud nahiyəsindən zədə almışdı.
Ətraflı tibbi müayinədən sonra hücumçunun təxminən 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin