Premyer Liqa klubunda ciddi itki

İngiltərənin “Lester Siti” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Ceyms Castin sıradan çıxıb.

22 yaşlı futbolçu İngiltərə kuboku çərçivəsində “Brayton”a qarşı keçirdikləri oyunda zədələnib. Klubun rəsmi saytının yaydığı məlumata görə, Castinin zədəsi ciddidir və bir neçə ay yaşıl meydanlardan kənarda qalmalı olacaq.

Ceyms Castin 2019-cu ildən “Everton”un uğurları üçün çalışır. İngilis müdafiəçi 2015-2019-cu illər aralığında yetirməsi olduğu “Luton Taun”un da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button