Premyer Liqa klubunda ayrılıq
İngiltərənin “Everton” klubu Venesuela yığmasının hücumçusu Salomon Rondonla yollarını ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Rondon 2021-ci ilin avqustundan “Everton”un uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 31 oyunda cəmi 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin